Komandamız Misli Premyer Liqasının XVII turunda “İmişli” ilə qarşılaşıb. Quba Olimpiya İdman Kompleksində keçirilən görüş 2:2 hesabı ilə yekunlaşıb. “Araz-Naxçıvan”ın heyətində Boli və Macado fərqlənib.

“Qırmızı-ağlar” növbəti oyununu fevralın 1-də “Neftçi”yə qarşı keçirəcək. “Liv Bona Dea Arenada”kı görüş saat 16:00-da start götürəcək.